“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin “Jirona” ilə 6-cı tur səfər oyununu (1:0) şərh edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Çempionlar Liqasında hər oyunun nəticəsindən razıyam (“Liverpul” keçirdiyi 6 oyunun hamsında qalib gəlib – redaktorun qeydi), ilk beş oyunu necə keçirdiyimizdən də çox razıyam. “Jirona” ilə oyunu isə bəyənmədim, çıxışımızdan narazıyam. “Liverpul” kifayət qədər aqressiv və kifayət qədər fəal deyildi”, deyə Arne Slot vurğulayıb.
6 oyundan 18 xalla “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 1-ci pillədə qərarlaşıb. “Jirona” isə 3 xalla 30-cu pillədədir.