AZ

Sülh yenə DALANA DİRƏNDİ: “Bu, birmənalı şəkildə müharibə ritorikasıdır”

“Bu, birmənalı şəkildə müharibə ritorikasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesindəki durğunluğu barədə fikirlərini səsləndirən və gələcək proseslərdən danışan politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Ermənistan ya konstitusiyaya düzəliş etməli, ya müstəqillik bəyannaməsinin konstitusiya ilə əlaqəli olmadığını bildirməli, ya da yenidən müharibəyə başlamalıdır:

“Çünki Azərbaycan nə zaman ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmalı olduğunu desə də, İrəvan bunu inkar etdi. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan referendum zamanı bukletlərdə Qarabağı Ermənistan ərazisi kimi göstərib. Ölkənin birinci adamının belə etməsi necə ola bilər ki, ərazi iddiası sayılmasın?!”

“Əlavə olaraq 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dilə gətirir. Əgər elədirsə, oğlu nə üçün hərbi mükəlləfiyyəti keçməyə məhz Qarabağa göndərildi? Nə üçün 2021-ci ildə seçki kampaniyası zamanı Köçəryan konstitusiyanı istinad götürərək Şuşanın və Hadrutun geri qaytarılmasını tələb edəndə münasibət bildirmədi? Bu, birmənalı şəkildə müharibə ritorikasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

phrase_var_article.chosen
26
yenicag.az

1phrase_var_article.sources