Bakı, TurkicWorld
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən İraqa elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz artaraq, 715 milyon 433 min 68 dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə İraqa 85 milyon 656 min 79 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz artaraq ” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki,2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.