AZ

İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili zərərlə başa vurub

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2023-cü ili 299 min manat zərərlə başa vurub.

AzEdu.az İnstitutun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,5 % azdır.

Ötən il İqtisadi Elmi Tədqiqat İnstitutunun əsas əməliyyat gəlirləri 64 min manat (əvvəlki il olmayıb), qeyri-əməliyyat gəlirləri 2,126 milyon manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox) ümumi-inzibati xərcləri 2,206 milyon manat (2,7 dəfə çox), torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya xərcləri isə 283 min manat (6,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə İqtisadi Elmi Tədqiqat İnstitutunun aktivləri 5,223 milyon manat olub. Bu da illik müqayisədə 3,8 % azdır. Hesabat dövründə İnstitutun öhdəlikləri 4,1 % artaraq 1,592 milyon manat, balans kapitalı isə 6,9 % azalaraq 3,63 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,7 % artaraq 4,24 milyon manat olub.

İqtisadi Elmi Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərmanına dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında yaradılıb.

Seçilən
3
4
azedu.az

5Mənbələr