AZ

Konservləşdirilmiş qidaları alarkən nələrə diqqət edilməlidir? VİDEO

Konservləşdirilmiş meyvələr, dondurulmuş xəmir xörəkləri - düşbərə, xəngəl, hisə verilmiş və ya yarımfabrikat halında qablaşdırılmış ət məhsulları. Son vaxtlar mağazalarda belə qida növlərinə çox rast gəlinir.

Maraqlıdır, belə məhsullara tələbat necədir?

Dondurulmuş məhsulları hər mağazada fərqli qiymətlərə görə bilərik. Təxmini qiymətlər isə belədir:  İki kiloqramlıq dondurulmuş kartof frilər 5-8 manat, dondurulmuş tərəvəzlərin 400 qramı 3-4 manata, dondurulmuş ev sayagı düşbərənin 400 qramı isə 9-12 manat arası təklif olunur.

Qida məsələləri üzrə ekspert Seymur Qafarovun sözlərinə görə, belə məhsulları alarkən diqqət edilməli məqamlar var.

Ekspert həmçinin onu da bildirdi ki, məhsulun üzərində müvafiq etiket qaydaları qeyd olunmalıdır.  

Mütəxəssislər deyirlər ki, dondurulmuş qidalardan həddindən artıq istehlak etmək bir çox sağlamlıq problemlərinə yol aça bilər. Belə qidaların tərkibindəki yüksək miqdarda duz, şəkər, trans yağlar orqanizmə zərər verə bilər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
16
3
xezerxeber.az

4Mənbələr