AZ

Doğum gününü qeyd edən XANƏNDƏ: “Bundan böyük xoşbəxtlik ola bilməz”

“Doğum günü insanın həyatında ən özəl və önəmli gündür. Allahıma şükürlər olsun ki, bu yaşı da görməyi mənə nəsib etdi”.

Bu sözləri tanınmış xanəndə, Əməkdar artist Cabir Abdullayev doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Bir zamanlar doğum günlərində kövrələn xanəndə indi xoşbəxt insan kimi fərəh hissi keçirdiyini bildirib:

“Zəfər çalmış qalib ölkənin sənət adamı olmasından qürur hissi keçirirəm. Nə gizlədim, qələbə qazandığımız günə qədər hər il doğum günümdə içimdə bir nisgil olurdu. Doğma Qarabağımızın həsrəti ilə yaşayırdım, zəfər çalacağımız günü səbirsizliklə gözləyirdim. Artıq o doğma yurd yerlərimiz özümüzə qayıdıb. Müzəffər Ali Baş Komandanımız, qüdrətli ordumuz, canından keçən Vətən oğulları bizə bu əfər sevincini yaşatdılar. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Artıq zəfər çalmış qalib bir ölkənin sənət adamıyam. Bundan böyük xoşbəxtlik ola bilməz”.

Bizim də sənətkara ən böyük arzumuz var: “Növbəti doğum gününüzdə “Xalq artisti” fəxri adına layiq görüləsiniz və ilk xəbəri biz yazaq”.

Cəvahir

Seçilən
32
yenicag.az

1Mənbələr