AZ

Ölkə xaricindən gələn baş məşqçi Premyer Liqa komandasında nəyi dəyişib? - VİDEO

«O, heyətdə etdiyi rotasiya və seçdiyi taktika ilə məni təəccübləndirdi».

Bu sözlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

Tanınmış telejurnalist «Sabah»ın yeni baş məşqçisi Vasili Berezutskinin «Qarabağ»la son matça (1:1) yanaşmasından söz açıb.

Bildirib ki, rusiyalı çalışdırıcı özündən əvvəlki çalışdırıcılardan fərqli yanaşmanın üzərində dayanıb.

Belə ki, Berezutskinin 20-25 il əvvəlki klassik 4-4-2 sxeminə üstünlük verdiyini söyləyən Rzayev deyib ki, o, adlara önəm vermir. Aparıcı Coy-Lens Mikels və Jesse Sekidika kimi aparıcı legionerlərin ilk «11-lik»də yer almamasını bununla əlaqələndirib.

Qeyd edib ki, mütəxəssis nəticə qazanmaqdan ötrü bəzi yerdəyişmələrə də əl atıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
39
sportinfo.az

1Mənbələr