AZ

Ermənistanın Əsəd rejimi ilə əməkdaşlığını gizlətməsi mümkün olmayacaq  - Natiq Miri

Yazını böyüt
Yazını kiçilt

“Suriyada Əsəd rejiminin cinayətlərində bilavasitə iştirak edən və PKK ilə əməkdaşlıq edən ermənilərin xisləti hər kəsə bəllidir. Son 12 il ərzində Suriyada kimin kim olduğu ortaya çıxdı və Ermənistanın Əsəd rejimi ilə əməkdaşlığını gizlətməsi mümkün olmayacaq”.

Bunu hafta.az-a politoloq Natiq Miri Suriyada vəziyyət və Ermənistanın Bəşər Əsəd rejiminə verdiyi dəstəklə bağlı açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, bu gün Suriyada Əsəd rejimini məğlub edən müxalif hakim qüvvələr fərqli siyasət ortaya qoyur. Belə ki, müxalifət qisas, intiqam hissi ilə deyil, barışdırıcı mövqe nümayiş etdirir. Bu da Suriyanı sevən, sevməyən müxalif qüvvələrinə “terrorçu etketini” yapışdırmaq istəyənlərin əlini bağlayır. Ona görə də sivil dünyada heç bir güc mərkəzi, dövlət Suriyada mövcud müxalif hakim qüvvələr əleyhinə heç nə deyə bilmir. Əksinə, milli birliyi təmin edəcək, yaralarını sarıyacaq yeni bir Suriya, legitim hökumət qurmaq siyasətinin yürüdüldüyünün fərqindədirlər.

N.Miri yeni Suriyanın formalaşdırılması siyasətinin önündə Türkiyənin dayandığını və qardaş dövlətin beynəlxalq səviyyədə aparılan siyasi diplomatik danışıqları  öz üzərinə götürdüyünü qeyd edib.

“Türkiyə xarici işlər naziri və dövlət başçısı səviyyəsində bütün dünya liderləri ilə telefon danışıqları aparılır. Azərbaycan hər zaman olduğu kimi bu dəfə də Türkiyənin yanında dayandığını bəyan edib. Azərbaycan yeni Suriya dövlətinin qalxması, təhlükəsizliyi üçün yardım etməyə hazır olduğunu  bəyan edən ilk ölkədir. Burada təəccüblü heç nə yoxdur. Çünki qardaş Türkiyə Suriyanın yanındadırsa, Azərbaycan da onun yanındadır. Biz suriyalı qardaşlarımızın yanındayıq. Suriyalıların əksər hissəsini türk xalqı təmsil edir. Bunların əksəriyyəti Azərbaycan ləhcəsi ilə danışan öz türklərdir”.

N.Miri hesab edir ki, Azərbaycanın Suriyada Türkiyənin yanında olduğunu bəyan etməsi Ermənistanı daha da kiçildəcək.

“Azərbaycan əməli yardımı ilə fərqlənəcək ki, bu da Ermənistana məxsus deyil. Azərbaycanın özünün bu qədər problemləri olduğu halda Suriya xalqının inkişafına, təhlükəsizliyinə töhfə vermək istəyi çox önəmli haldır”.

Seçilən
4
hafta.az

1Mənbələr