AZ

“Barselona”nın baş məşqçisi 2 oyunluq cəzalandırılıb - SƏBƏB

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Flik 2 oyunluq cəzalanıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis "Leqanes" və "Atletiko"ya qarşı ev oyunlarında texniki zonada olmayacaq.

Buna Flikin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub. Klub qərardan apelyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, "Barselona" 17 turdan sonra 38 xalla İspaniya çempionatında liderlik edir.

İdman.biz

Seçilən
42
26
idman.biz

10Mənbələr