Bakı. Trend:
Bakı. Trend:
Ağdamda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətəcəlb edilib.
Bu barədə Trend-ə Ağdam RayonProkurorluğundan məlumat verilib.
Bildirilib ki, "Babalaroğlu Transport" Məhdud MəsuliyyətliCəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı iləbağlı araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əməkqanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqiqüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiqişlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədənişəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi iləinzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçünaidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı iləhüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Qəşəm Süleymanov barəsindəhəmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrəicraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək MüfəttişliyiXidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manatməbləğində inzibati cərimə edilib.