AZ

Aparıcının ikinci dəfə ərə getdiyi şəxs bu məşhur imiş

“Orel i reşka” verilişi ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleyevanın ikinci dəfə kimə ərə getdiyi üzə çıxıb.

OLAY yazır ki, 33 yaşlı Nastya özündə bir yaş kiçik teleaparıcı Filipp Beqakla ailə qurub.

Onun babası sovet yazıçısı Yulian Semyonov, nənəsi isə uşaq yazıçısı Nataliya Konçalovskayanın qızıdır. Özü də eyni zamanda əkinçiliklə məşğuldur.

Məlumata görə, cütlük Murmanskda artıq imza atıblar və indi onlar Nastyanın əvvəllər fotolarını yayımladığı Arktika ətrafında səyahət edirlər. Toy mərasiminin özü isə daha sonra baş tutacaq.

Qeyd edək ki, N.İvleyeva Moskvaya köçdükdən sonra, “Chelsea” qrupunun solisti Arseni Borodinlə görüşməyə başlayıb. Onların tanışlığı hələ 2011-ci ildə Sankt-Peterburqda baş verib. 2017-ci ilin oktyabrında cütlük ayrılıb.13 iyun 2018-ci ildə İvleyeva “Eldzhey” kimi tanınan musiqiçi Aleksey Uzenyukla görüşdüyünü açıqlayıb. 5 sentyabr 2019-cu ildə onların toyu məlum olub. 9 iyul 2021-ci ildə cütlük ayrıldıqlarını elan ediblər.

Seçilən
19
olay.az

1Mənbələr