AZ

Tarix yaradan şəxsiyyət!

Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurubyaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz buna görə də belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır?

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mü bahisələrə birmənalı olaraq, aşağıdakı şə kildə nöqtə qoymaq olar:  Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi ya radan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər o şəxsiyyətlərdən dir ki, özü bir tarix, salnamə yaratmış, za manın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqı mız yox, bütün region xalqları, böyük İs lam dünyası və türk xalqları faydalanırlar. Elə buna görə də, Ulu öndərimizin adı uca tutulur, xatirəsi ehtiramla anılır. Heydər Əliyevin xalqı və dövləti qarşısındakı mi silsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyə tində daim təməl prinsipi və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır.  Hey dər Əliyevin bizə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır.

Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki, o, Azərbaycan xalqının həqiqi lideri və xi laskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azər baycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. 

Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və eneri potensialı yaradıl masına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazan dığı müstəqilliyə və onun qorunub saxlan ması sahəsində əldə etdiyi bütün nailiyyət lərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən de mişdi: Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatı mın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrult maqdan ibarətdir”. 

Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevir miş, böyük qurbanlar bahasına əldə olun muş müstəqilliyi zamanın çətin sınaqla rından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi de yil, həm də milli dövlətçilik ideologiyası nın şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. 

XX əsrin sonları Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin forma laşması mərhələsidir. Bu mərhələnin şə riksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil döv lət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, li derlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklər də özünə əbədi abidə ucaldıb. Onun par laq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. 

Heydər Əliyev dünyanın nadir insanla rındandır. O, hamının qəlbinə yol tapma ğı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Ulu öndər əsl rəhbərə xas olan ensiklopedik bi liyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iş tirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. 

Müstəqil Azərbaycan dövləti  Heydər Əliyevin şah əsəridir. O, Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylə mişdi. Bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından al mışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dö züm, iradə verib, bütün uğurlarını təmin edib. Elə Xalq – Heydər, Heydər – Xalq” birliyi də belə yaranıb. 

Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azər baycan dövlətinin sütunudur. Məhz bu qüd rətli sütunlar üzərində ucalan müasir Azər baycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulma sın. Xalqımız xoşbəxtdir ki, ümummilli li derimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan rezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam et dirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiy yətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır. 

12 dekabr bütün dünya azərbaycanlıla rının kədər və hüzn günü kimi tariximizə əbədi həkk olundu. Bu tarix ulu öndər, dahi şəxsiyyət, Azərbaycanın taleyüklü məsələlərinin həllində, eləcə də dövlətimi zin və xalqımızın inkişafında, tərəqqisində müstəsna xidmətləri olan müdrik insan Heydər Əliyevin cismən aramızdan ayrıl dığı gündür. Heydər Əliyev 21 il bundan əvvəl əbədiyyətə qovuşsa da, ruhən bizim lədir və əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Bu gün qədirbilən xalqımız Ulu öndərimizin xidmətlərini unutmur və əziz xatirəsi qarşısında daim ehtiramla dayanaraq, onun aramızdan ay rıldığı günü böyük kədərlə qeyd edir. Çün ki xalqımızın milli iftixarı, ürəklərimizdə özünə əbədi olaraq sevgi abidəsi ucaltmış milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlıdır. Qürurla qeyd edə bilərik ki, bəşər tarixinə gəlmiş nadir şəxsiyyət lərdən biri kimi Heydər Əliyev məhz biz Azərbaycan xalqının taleyinə yazılmış və xalqımızın əsl xilaskarı kimi missiyasını qətiyyətlə yerinə yetirmişdir.

Ulu öndər Azərbaycan xalqına qəlbən bağlı idi. Çıxışlarında bildirirdi ki, mən azərbaycanlı olmağımla fəxr edirəm. Dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda dövlət başçımız İlham Əliyevə çox bö yük ümidlər bəsləyirdi və qeyd edirdi ki “Mən inanıram ki, mənim Azərbaycanda başa çatdıra bilmədiyim işləri məhz İlham  Əliyev başa çatdıracaq. Mən ona özüm qə dər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 

Ümummilli lider öndər fikirlərində yanılmamışdı. Prezident, Ali Baş Koman dan İlham Əliyev əsl layiqli siyasi varis və davamçı olaraq Ulu öndərin Azərbaycanın gələcəyi ilə bağlı bütün planlarını, arzula rını yerinə yetirdi. Dövlət başçımızın qə tiyyəti, siyasi iradəsi Azərbaycanı daha da qüdrətli və sarsılmaz etdi. Bu gün Azər baycan regionun lider dövləti kimi dün yada böyük nüfuza malik olan söz sahibi ölkələrdən biridir. Bu gün ölkəmiz təkcə daxili siyasəti ilə deyil, xarici siyasəti ilə də özünün müstəqilliyini və heç bir kənar qüvvədən asılı olmayaraq suveren dövlət hüquqlarını layiqincə yerinə yetirir. 

Ali Baş Komandan kimi dövlət başçı sının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız inamlı Qələ bəmiz də bu siyasətin, bu diplomatiyanın və bu qətiyyətin əsl təntənəsi idi. 30 ilə yaxın idi ki erməni işğalı altında olan tarixi torpaqlarımızın azadlığına qovuşması əra zi bütövlüyümüzün bərpası ilə yanaşı, bey nəlxalq hüququn icra edilməsi demək idi. 

Zəfər günlərimiz bizim sınmış qüru rumuzun bərpası, Xocalıda və digər işğal altında olan ərazilərimizdə vəhşicəsinə işgəncələrə və qətllərə məruz qalan soy daşlarımızın qisası idi. Ulu öndər daim torpaqlarımızı azad görmək istəyirdi və ən böyük arzusu məhz bu idi. rezident İlham  Əliyev onun arzularını yerinə yetir di. Şuşanın azad olunması ilə bağlı dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa etdiyi müra ciətində də qeyd etdiyi kimi, o,  həqiqətən xoşbəxt oğuldur ki, ata nəsihətini yerinə yetirdi. İnanırıq və əminik ki, dövlət başçı sı cənab İlham Əliyevin rəhbərliyi ilə döv lətimiz daha da güclənəcək və Ulu öndərin ruhu hər zaman şad olacaq.

Tənzilə RÜSTƏMXANLI,

Milli Məclisin deputatı

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr