AZ

Ramiz Tatarov azadlığa buraxıldı

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının müavini Ramiz Tatarov azadlığa buraxılıb.

Publika.az “Report”a istinadla xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

N.Quliyev 2021-ci ildə həbsxanada ölüb.

phrase_var_article.chosen
36
6
publika.az

8phrase_var_article.sources