AZ

Kreml: Suriyaya nəzarət edən qüvvələrlə əlaqə saxlayırıq

Moskva Suriyadakı vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayır. Bu, bu ölkədə yerləşən Rusiya bazalarının və diplomatik missiyalarının təhlükəsizlik məsələlərini həll etmək üçün lazımdır.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Suriyada baş verənləri diqqətlə izləyirik. Vəziyyəti nəzarətdə saxlayanlarla əlaqə saxlayırıq, çünki orada bazalarımız yerləşir, diplomatik missiyamız var və təbii ki, bu obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələ son dərəcə mühümdür”.

Mətbuat katibi Suriyada neçə min rusiyalı hərbçinin olması ilə bağlı sualı cavablandırmayıb:

“Bunu ancaq hərbçilər deyə bilər. Rusiya bir vaxtlar Suriya Ərəb Respublikasına terrorçuların öhdəsindən gəlməyə və vəziyyəti sabitləşdirməyə kömək etdi. İndi isə mövcud reallıqlardan çıxış etməliyik".

Rusiya prezidentinin mətbuat katibi İsrailin Colan Təpələri və bufer zonasında hərəkətlərinin Suriyada vəziyyətin sabitləşməsinə kömək etməsinə şübhə ilə yanaşıb: "Əlbəttə, bu hərəkətlər çətin ki, onsuz da sabitliyi pozulmuş Suriyada vəziyyətin sabitləşməsinə kömək etsin".


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr