AZ

İtaliya klubunda yeni baş məşqçi

“Sampdoriya”nın yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, ağır günlərini yaşayan İtaliya klubunu Leonardo Sempliçi çalışdıracaq.

Onun son klubu “Spetsiya” olub. Mütəxəssis ötən ilin yayında bu klubdan ayrılıb.

Qeyd edək ki, vaxtilə Çempionlar Liqasının finalçısı olan, Kuboklar kubokunu qazanan və finalçısı olan “Sampdoriya” B seriyasında qalmaq uğrunda mübarizə aparır. Genuya təmsilçisi 16 turdan sonra 17 xalla 15-ci yerdədir.

İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr