AZ

Azərbaycanda bu şəxslər silah ala biləcək - DİN-dən AÇIQLAMA

Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.

Bakuinfo.net  Xezerxeber.az-a istinadən xəbər verir ki 18 yaşı tamam olmuş şəxslər artıq onlayn şəkildə müraciət edərək ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahları əldə edə biləcək.

Yeni sistemin məqsədi ölkədə silah satışı və qeydiyyatında şəfaflığı təmin etməkdir. Yenilik vətəndaşlara daha sürətli xidmətin göstərilməsini hədəfləyir.

Ekspertlər isə deyir ki, silahın elektron qaydada satılması o anlama gəlmir ki cinayətkarlıq artacaq. Əksinə yeni üsulla silahı əldə edən şəxs ciddi araşdırılıacaq və mənfi halların yaranması mümkün olmayacaq. Bununla da təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan yaranacaq.

Vətəndaş qeydiyyatda olduğu ünvanı dəyişərsə onda silahın olması barədə həm köhnə, həm də yeni ərazi üzrə polis orqanına məlumat verməlidir.

Seçilən
9
28
bakuinfo.net

10Mənbələr