AZ

GDU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxışında qeyd edib ki, azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa olunub. 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Tədbirdə rektorun baş müşaviri Asif Cavadov Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərindən bəhs edib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

GDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında deyib ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiram və minnətdarlıqla yad edir. Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.

Daha sonra “Əbədiyaşar Lider”, “Azərbaycanı dünyaya tanıdan şəxsiyyət”, “Müasir Azərbaycan Heydər Əliyevin sənət əsəridir”, “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur”, “Heydər Əliyev ideyaları əbədiyaşardır”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələr dinlənilib.

 

Seçilən
17
1
tehsil.biz

4Mənbələr