AZ

Ramiz Tatarov azadlığa buraxıldı

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərar verilib.

E-huquq.az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. N.Quliyev 2021-ci ildə həbsxanada ölüb.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.

Ali Məhkəmədə isə Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.
phrase_var_article.chosen
56
6
e-huquq.az

8phrase_var_article.sources