AZ

Azərbaycanda bu fermerlərə veriləcək əkin subsidiyasının məbləği məlum olub

Bakı. Trend:

İntensiv ərik və şaftalı bağlarına görə subsidiya dəstəyi davametdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ilin 1sentyabr tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran,Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi zonalarına daxilrayonlarda salınacaq intensiv ərik bağlarının hər hektarına görəfermerlərə 4000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Qeyd olunub ki, subsidiyanın verilməsi fermerlərin həmin bağlaragörə çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindənqarşılanması məqsədi daşıyır.

Bildirilib ki, bu subsidiya ən azı 3 hektar sahədə salınmış, hərhektarda minimum 650 ting əkilmiş, damcı suvarma sistemi ilə təminolunmuş şaftalı (nektarin) bağlarına şamil edilir.

Qeyd edək ki, payızlıq əkinlərin bəyan müddəti 2024-cü il,dekabrın 30-da başa çatır. Bu tarixədək əkin və torpaqməlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizininnəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyənşəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq vəonlara subsidiya ödənişi həyata keçirilməyəcək.

Seçilən
34
3
az.trend.az

4Mənbələr