AZ

DİN-in təşkilatçılığı ilə yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib – FOTOLAR 

Dekabrın 10-11-də Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa Yol Polisi Təşkilatlarının Regional Şəbəkəsinin “Yol hərəkəti təhlükəsizliyinə dair yol polisinin fəaliyyəti üzrə” 2-ci yüksək səviyyəli iclası keçirilib.

Dünyanın 24 ölkəsindən 43 nümayəndənin, eləcə də çoxsaylı qeyri-hökumət təşkilatlarının və ekspertlərin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbir yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, polis orqanları arasında regional əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına həsr olunub.

8 sessiyadan, eləcə də 2 yüksək səviyyəli paneldən, 9 təqdimat və 4 açıq müzakirədən ibarət proqram əsasında iki gün davam edən iclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq və qarşılıqlı təcrübə məsələlərinə toxunulub.

Sessiyalar və panel müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları, yol-nəqliyyat hadisələrinin, xüsusilə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının sayının, habelə iqtisadiyyata və ətraf mühitə vurduğu zərərin minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin effektiv idarə olunmasında informasiya texnologiyalarının tətbiqi üzrə texniki səviyyədə bilik və təcrübə mübadiləsi müzakirə olunub.

phrase_var_article.chosen
26
5
moderator.az

10phrase_var_article.sources