Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, ölkəmizə gələn idman ulduzunun Azərbaycandan olan uşaqlarla ünsiyyətdə olması vacib əhəmiyyət daşıyır:
“Messinin Azərbaycana səfəri yeni başlayıb. Onunla hələ ki, Bakı Kristal Zalındakı görüşdən başqa təkbətək görüş keçirilməyib. Azərbaycanın futbol klubları və komandaları ilə görüşlərin keçirilməsi ciddi əhəmiyyət kəsb edir. Dünya ulduzu azyaşlılara və gənclərə görüşüb şəkil çəkdirməli, bacarıqlarını nümayiş etdirməlidir. Bütün bunlar baş tutacağı halda səfərin Azərbaycan futboluna müsbət təsiri olacaq”.
O bildirib ki, tanınmış şəxsiyyətlər səfər zamanı özlərinin sosial şəbəkə hesablarında həmin ölkə ilə bağlı paylaşımlar edirlər:
“Bu da Azərbaycanın tanınmasında müsbət rol oynayır. Tanınmış media orqanlarına səfər və təəssüratları ilə bağlı məlumat verilir. Ümid edirəm ki, Messi də bu addımı ataraq ölkəmiz haqqında müsbət fikirlərini bölüşəcək”.
Əfsanə Kamal
Demokrat.az