BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq 11 dekabr tarixi hər il dünyada Beynəlxalq Dağlar Günü kimi qeyd olunur.
Bu günün keçirilməsində məqsəd dağların qorunmasının vacibliyinə diqqət çəkmək, onların ekoloji, iqtisadi və mədəni əhəmiyyətini vurğulamaq, dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır.
Bu il Beynəlxalq Dağlar Günü “Dayanıqlı gələcək üçün dağ həlləri-innovasiya, uyğunlaşma və gənclik” devizi altında keçirilir.
Dağlarla bağlı mürəkkəb problemlərin həlli üçün innovasiyalar vacibdir. Bu innovasiyalar texnoloji irəliləyişləri, eləcə də iqlimə uyğun ağıllı kənd təsərrüfatı kimi yaradıcı problemlərin həllini əhatə edir. Ekologiya.az