ABŞ-da "The Coca-Cola Company", "Mondelez International" və digər doqquz sərinləşdirici içki və şirniyyat istehsalçısına qarşı məhsullarının uşaqlarda asılılıq və xroniki xəstəliklərə səbəb ola biləcəyi iddiaları ilə bağlı ilk dəfə məhkəmə iddiası qaldırılıb. Bu barədə "Morgan & Morgan" hüquq firmasının saytında dərc edilmiş məlumatda bildirilir.Qeyd olunur ki, Bruce Martinez adlı iddiaçı adıçəkilən şirkətlərin məhsullarından, o cümlədən "Coca-Cola" və "Pepsi" içkilərindən, həmçinin Mars barlarından istifadənin 16 yaşına kimi II tip diabet və yağlı qaraciyər xəstəliyinin yaranmasına səbəb olduğunu iddia edir. İddia ərizəsində bildirilir ki, qida sənayesi nəhəngləri öz istehsallarında məhsulların dərin emalına əl atırlar ki, bu da uşaqlarda asılılıq yarada bilər və xroniki xəstəliklərin inkişafına səbəb olur.İddia ərizəsində həmçinin yüksək dərəcədə işlənmiş qidaların istehlakının xərçəng, ürək-damar xəstəlikləri, irritabl bağırsaq sindromu, demans və digər ciddi xəstəliklərə səbəb ola biləcəyini göstərən elmi məlumatlara istinad edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta