AZ

?Zara?nın sahibi rekord rüblük gəlir əldə edib

İspaniyanın ?Inditex Group? şirkəti (?Zara?, ?Pull & Bear?, ?Bershka?, ?Stradivarius?, ?Massimo Dutti?, ?Oysho? və s. brendlərin sahibidir) maliyyə ilinin üçüncü rübündə (avqust-sentyabr 2024) rekord xalis mənfəət əldə etdiyini bildirib. Amma buna baxmayaraq, şirkətin səhmləri 6% ucuzlaşıb, belə ki, nəticələr analitiklərin proqnozlarından daha pis olub.

Rübün sonunda ?Inditex?in xalis mənfəəti 1.68 milyard avroya çatıb ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur. Bununla belə, ?Factset?in sorğusuna qatılan analitiklər, ?Inditex?in üçüncü rüb üzrə gəlirinin 9.51 milyard avro proqnozu ilə müqayisədə 1.77 milyard avroya çatacağını gözləyirdilər.

Şirkət ?Inditex? üçün əsas bazar olan İspaniyada daşqınların və bəzi mağazaların bağlanmasının rüblük nəticələrə əhəmiyyətli dərəcədə təsir etmədiyini qeyd edib. Avronun dollar qarşısında zəifləməsi vəziyyətə daha güclü təsir edib. Bununla belə, hesabata görə, valyuta dəyişmələri nəzərə alınmadan dördüncü rübün əvvəlində satışlar ötən illə müqayisədə 9% artıb.

Seçilən
35
1
banker.az

2Mənbələr