Avropada Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, İspaniya və İsveçdə ümumi sərmayəsi 1,5 milyard avro olan süni intellekt fabrikləri yaradılacaq.
Redaktor.az xəbər verir ki, Lüksemburqda yerləşən Avropa Yüksək Performanslı Hesablama Tərəfdaşlığı Təşəbbüsü (Euro HPC) Avropa İttifaqında (Aİ) süni intellekt texnologiyalarına yeni sərmayələr edəcəyini açıqlayıb.
Bildirilib ki, təşəbbüs Avropada qabaqcıl süni intellekt modellərini öyrətmək və süni intellekt həllərini inkişaf etdirmək üçün ekosistem yaratmaq məqsədi daşıyır.
"İlk süni intellekt fabrikləri milli və Aİ fondlarını birləşdirən 1,5 milyard avroluq sərmayəni təmsil edəcək", - məlumatda deyilib.
Sevinc İBRAHİMZADƏ