AZ

Adil Nağıyev danışılmış oyunlar barədə: “Mənim günahım yoxdur”

Azərbaycan milli komandasının sabiq futbolçusu Adil Nağıyev “Şamaxı”dan uzaqlaşdırılmasına aydınlıq gətirib.

29 yaşlı müdafiəçi İdman.biz-ə açıqlamasında adının danışılmış oyunlarda hallandığını, bununla bağlı araşdırmaların aparıldığını etiraf edib.

Nağıyev bildirib ki, günahsız olduğu təsdiqləndikdən sonra bütün təfərrüatları açıqlayacaq: “Səbəbləri məlumdur. Mənlik heç nə yoxdur. Bu məsələ barədə AFFA-da araşdırma gedir. Hər şey məlum olandan sonra hamı görəcək ki, mənim günahım yoxdur. Ondan sonra mən lazım olan hər şeyi danışacam”.

Müdafiəçi araşdırmanın yaxın günlərdə yekunlaşacağını qeyd edib: “Günahsız olduğum bilənəcək. Mənim adımı sadəcə hallandırırlar. Mən heç bir alqı-satqı ilə məşğul olmamışam. Araşdırma gedir. Bir neçə gündən sonra hər şeyə aydınlıq gələcək”.

Qeyd edək ki, “Şamaxı”nın bir neçə gün əvvəl yollarını ayırdığı iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya danışılmış oyunlarda şübhəli hesab olunur.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr