Fransa Prezidenti Emmanuel Makron Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə zəng edərək bir saat danışıb.
Sitat.info- nun məlumatına görə, bu barədə partiyanın məlumatında bildirilir.
Bildirilir ki, Fransa prezidentinin təşəbbüsü ilə baş tutan söhbətdə tərəflər Gürcüstandakı vəziyyəti müzakirə ediblər.
"Makron Gürcüstanda yaranmış vəziyyətdən narahat olduğunu bildirib və bu vəziyyətin tam aradan qaldırılmasına öz töhfəsini vermək istədiyini ifadə edib", - deyə məlumatda bildirilib.
Öz növbəsində İvanişvili, Fransa prezidentinə təşəbbüsünə görə təşəkkür edib və birgə səylər göstərmək ideyasını alqışlayıb.
Məlumatda o da vurğulanır ki, növbəti günlərdə yenidən əlaqə saxlanılacaq və əldə edilmiş tərəqqi qiymətləndiriləcək.