Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) yeddi süni intellekt fabriki inşa edəcək.
Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) bağlı olan təşəbbüsdə Almaniya, İtaliya, İspaniya, Yunanıstan, Finlandiya, İsveç və Lüksemburqun yeni qurulan 7 süni intellekt fabrikinə ev sahibliyi edəcəyi bildirilib.
Avropada super hesablama texnologiyaları və tətbiqlərini inkişaf etdirmək məqsədi daşıyan Lüksemburqda yerləşən Avropa Yüksək Performanslı Hesablama Tərəfdaşlığı Təşəbbüsü (Euro HPC) Aİ-də innovasiyaları artırmaq məqsədilə süni intellekt fabrikləri qurmaq üçün 7 konsorsiumun müəyyən edildiyini açıqlayıb.
Hesabatda deyilir:
"Euro HPC gələn il Avropada yerləşdiriləcək ilk Avropa AI fabriklərinə ev sahibliyi edəcək mərkəzləri seçib. Bu süni intellekt fabrikləri Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, İspaniya və İsveçdə olacaq."