AZ

Qvardiola hansı komandaya rəhbərlik edəcək? - Özü açıqladı

İspan məşqçi Qvardiola "Manchester City"nin onun son klubu olacağını və milli komandanı idarə etməyə çalışacağını açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Sitizens"lə müqaviləsini 2027-ci ilə qədər yeniləyən 53 yaşlı məşqçi "Mançester Siti"dən ayrıldıqdan sonra başqa klubu qəbul etməyəcəyini qeyd edib:

"Başqa komandanı çalışdırmayacağam. Uzunmüddətli gələcək haqqında danışmıram, amma etməyəcəyim şey Mançester Sitidən başqa ölkəyə getmək və indi etdiyim eyni şeyi etməkdir".

Qeyd edək ki, Qvardiola, FC Barselonadakı vaxtı da daxil olmaqla, 17 ildən çoxdur ki məşqçi kimi fəaliyyət göstərir.

Fidan
Milli.Az

Seçilən
33
50
milli.az

10Mənbələr