AZ

''Bavariya'' Noyeri itirdi

''Bavariya''nın göz bəbəyi Manuel Noyer sıradan çıxıb. Onun bu ilin sonuna qədər oynamayacağı dəqiqdi. Bunu münhenlilərin baş məşqçisi Vensan Kompani də təsdiqləyib.

Dekabrın 3-də Almaniya kubokunun 1/8 finalında evdə ''Bayer-04''ə qarşı oyun Noyer üçün ikiqat uğursuz alındı. 38 yaşlı ünlü qapıçı rəqib oyunçunu qabaqlamaq istəyərkən ona qarşı kobudluğa yol verdi və peşəkar karyerasının ilk qırmızı vərəqəsini aldı. Məhz həmin epizodda 38 yaşlı qapıçının həm də qabırğası qırılıb.

Noyer ən yaxşı halda yanvarın ortalarında sıraya qayıdacaq. Bu aralar ''rekordmayster''də qapıçılarla bağlı ciddi problem yaranıb. Çünki Noyerdən başqa digər təcrübəli qapıçı Sven Ulrayx da şəxsi səbəblər üzündən komandaya yardım edə bilmir. ''Bavariya'' hazırda yalnız israilli Daniel Peretsin ümidinə qalıb. Ona görə də qışda komandanın bir qapıçı transfer edəcəyi istisna edilmir.

Almaniya mətbuatının yazdığına inansaq, namizədlər arasında ''Liverpul'' və ''Beşiktaş''ın sabiq qapıçısı Loris Karius da var.

ƏLİ

Seçilən
39
football-plus.az

1Mənbələr