Suriyanın devrilən prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin doğulduğu Qardaha şəhərindəki məzarı yandırılıb. Müxalifət və ictimaiyyət məzarın yandırılmasını izləyib.
Reyting.az xəbər verir ki, beynəlxalq xəbər agentlikləri bu gün bununla bağlı görüntülər paylaşıblar.
Suriya İnsan Haqları Müşahidə Qrupu AFP-yə bildirib ki, müxalifət Hafiz Əsədin Lazkiyadakı məzarını yandıraraq dağıdıb.
Onu da qeyd edək ki, bu tikilidə Əsəd ailəsinin digər üzvlərinin, o cümlədən 1994-cü ildə yol qəzasında ölməzdən əvvəl hakimiyyəti ələ keçirməyə hazırlaşan Bəşərin qardaşı Basselin də məzar var.