AZ

Şahmat Tacı uğrunda növbəti heç-heçə

Sinqapurda hazırki dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommarajunun (Hindistan) Şahmat Tacı uğrunda mübarizəsi sona yaxınlaşmaqdadır.

İdman.biz xəbər verir ki, zəka sahibləri bu gün 13-cü partiyada üz-üzə gəliblər.

Tərəflər 69-cu gedişdə sülhə razı olublar. Sona bir tur qalmış ümumi nəticədəki heç-heçəni dəyişmək mümkün olmayıb - 6,5:6,5.

Qeyd edək ki, sabah mübarizədə sonuncu tur keçiriləcək. Qalib müəyyən olunmayacağı təqdirdə şahmatçılar tay-breykdə qüvvələrini sınayacaqlar.

İdman.biz

Seçilən
30
1
idman.biz

2Mənbələr