AZ

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Hacıqabul rayonu Kolanı kəndinin inzibati ərazisindəki su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.


Ekologiya.az bildireir ki, araşdırma zamanı həmin şəxslərin Hacıqabul rayonu Meyniman kənd sakinləri İxtiyar Əliyev, Bəşir Hümbətov və Rövşən Sevdiyev olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış xeyli sayda balıq aşkar edilərək götürülüb, balıqlar diri olduğu üçün su hövzəsinə buraxılıb.


Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Seçilən
20
ekologiya.az

1Mənbələr