Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edən turnirdə 6 idman klubundan 95 gimnast balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparıb.
İdmançılar son yarış günündə fərdi çoxnövçülük və ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Yekunda qaliblər medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.