AZ

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyinə yekun vurulub

Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 3 gün davam edən turnirdə 6 idman klubundan 95 gimnast balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparıb.

İdmançılar son yarış günündə fərdi çoxnövçülük və ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Yekunda qaliblər medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Seçilən
8
1
yeniazerbaycan.com

2Mənbələr