Vetennamine.az xəbər verir ki, Layihənin icra planına əsasən onlayn təlimlər təlimçi Bəhman Məmmədov tərəfindən icra edilmiş, əyani təlimlərin isə layihə rəhbəri Ülkər Əmirli tərəfindən icrasına başlanılmışdır.
Xatırladırıq ki, “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” adlı layihə Ağdaş rayon Dəhnəxəlil kənd R.Məmmədov adına tam orta məktəbdə məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilir. Layihənin məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusən təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyasını artırmaqdır.
Layihə ərzində “Khan Academy” proqramı üzərindən şairdlərə 4 mövzu üzrə dərslər keçiriləcək və “Math Games” proqramı ilə yarışlar təşkil olunacaqdır.