AZ

Azərbaycanlı klub sahibi postundan uzaqlaşdırdığı baş məşqçini görüncə... FOTOLAR

“Turan Tovuz” – “Şamaxı” matçında əsas məqamlardan biri qonaq komandanın baş məşqçisinin adı idi – Ayxan Abbasov.

Həmin çalışdırıcı ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan bölgə təmsilçisinin sükanı arxasına keçmiş, 2 il burada çalışmışdı.

Yayda klub rəhbərliyinin ani qərarı nəticəsində Abbasov “Turan Tovuz”dan ayrılıb “Şamaxı” ilə anlaşmışdı.

Vaxtilə Tovuzda ev sahibi olan Ayxan bəyin bu şəhərdə qonaq kimi necə qarşılanacağı maraq doğurmaya bilməzdi.

Oyunun əvvəlində və gedişində yerli azarkeşlər tərəfindən 43 yaşlı mütəxəssisə qarşı hansısa şüar və istilik hiss etməsək də, qarşılaşma başa çatandan sonra dəhlizdə gördüklərimiz xoş görüntü idi.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, eləcə də digər rəsmilər Ayxan Abbasovu görən kimi onu bağrına basıb, yaxşı komanda formalaşdırdığını diqqətə çatdırdılar. Gülərüzlə baş tutan söhbət bir neçə dəqiqə davam etdi.

Qısa dialoqdan sonra məlum oldu ki, Quliyevlə Abbasov arasında hansısa inciklikdən söhbət gedə bilməz. Tərəflər keçmişdə olanları unudub, 6 ay əvvəl verilən qərarı anlayışla qarşılayıblar.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
35
sportinfo.az

1Mənbələr