2030 və 2034-cü illərdə futbol üzrə dünya çempionatlarının keçiriləcəyi ölkələr rəsmiləşib.
“Qafqazinfo” xəbər verir ki, rəsmi qərar FIFA-nın Növbədənkənar Konqresində açıqlanıb.
Bəlli olduğu kimi, 2030-ci ildəki mundiala İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
2034-cü ildəki mundial isə Səudiyyə Ərəbistanında baş tutacaq. Ölkədəki isti havalar nəzərə alınaraq, bu, qışa təsadüf edəcək.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada reallaşacaq.