AZ

Autizm sindromlu azyaşlının müavinəti niyə kəsilib? ŞİKAYƏT/VİDEO

Övladını müayinəyə aparır, xəstəxanada 21 gün qalmasını da təmir edir, lakin dayandırılan müvaniəti bərpa  edə  bilmir.

Xezerxeber.az-ın məlumatına görə, iki bacının qardaşı, ailənin son beşiyi olan Bəhram Hüseynov Tovuz rayonunda yaşayır. İllərdir ailəsi onun xəstəliyinə görə müavinət alıb, uşağın ehtiyaclarını ödəyib. Hazırda onun müavinəti dayandırılıb.

Ana isə ona aidiyyəti qurumların dediyi sənədləri düzgün topladığını və stasionar şəraitdə ixtisaslaşmış xəstəxanalarda müayinə və müalicələrə də cəlb olunduğunu bildirir. Valideyn iddia edir ki, bütün bunlara baxmayaraq autizm sindromlu övladının müavinəti iki ildir ki, kəsilib. 

Mətanət Abdullayeva bildirir ki, övladı Bakıda  xüsusi internat məktəbində təhsil alır. Gəncə şəhər Psixiatriya Xəstəxanasından bildirilib ki, məhz müavinət də uşağın təhsil almasına görə dayandırılıb. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən  mövcud problemlə bağlı “Xəzər Xəbər”in sorğusuna cavabında bildirib ki, məsələ yenidən araşdırılıb və müavinət bərpa ediləcək.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
38
3
xezerxeber.az

10Mənbələr