AZ

Türkiyəyə Suriyadakı terror təşkilatlarını məhv edir - ABŞ isə onları Rusiya raketləri ilə silahlandırır

ABŞ-nin Suriyada dəstəklədiyi PKK/YPG terror təşkilatı sovet istehsalı olan 2K12 “Kub” zenit-raket kompleksləri (SAM) ilə silahlanıb və Türkiyə təyyarələrinə qarşı problem yaratmağa çalışır.

Sosial şəbəkələrdə yayımlanan görüntülərə əsasən, terror təşkilatı Bəşər Əsədin Deyr əz-Zordakı hərbi bazasından ələ keçirdiyi “Kub” komplekslərini ölkənin şimalına aparır.

Beynəlxalq müşahidəçilərin fikrincə, dörd hava hücumundan müdafiə sistemi və buraxılış qurğusundan ibarət karvan son həftələrdə Türkiyənin hava hücumlarının daha tez-tez baş verdiyi bölgələrə doğru gedib.

2K12 “Kub” hava hücumundan müdafiə sistemi aşağı və orta hündürlükdə uçan hədəflər və təyyarələrlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Bu, sovet kompleksi öz hərəkətliliyinə və yüksək dəqiqliyinə görə indi də bir çox ölkələrdə fəal şəkildə istifadə olunur. Komplekslərin sərhədə köçürülməsi Türkiyə Hərbi Hava Qüvvələrinin terrorçulara qarşı hava hücumları həyata keçirməsini çətinləşdirə bilər.

Dünən Türkiyə kəşfiyyatı Deyr əz-Zordakı PKK/YPG bazalarından ələ keçirilən silahları Suriyanın şimalındakı anbarlarına daşıyan konvoyu aşkar edib və pilotsuz təyyarələr dərhal konvoya raket zərbələri endirib. Türkiyə mətbuatı xəbər verir ki, konvoyda döyüş sursatı olan 12 yük maşını, 2 tank və daha 2 hərbi texnika olub. Onların hamısının məhv edildiyi bildirilir.

Xatırladaq ki, PKK\YPG terror təçkilastı “Heyət Təhrir əş-Şam”-ın başçılıq etdiyi müxalif qrupların Dəməşqə hücumu və Əsəd rejiminin devrilməsi nəticəsində yaranan xaosdan istifadə edərək Deyr əz-Zor şəhərini və orada yerləşən hərbi bazalardan silah-sursatı ələ keçirib.Ancaq “Həyat Təhrir əl-Şam” qüvvələri terrorçuları şəhərdən qovub.

Bundan əlavə PKK/YPG terrorçuları ölkənin şimalında, Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən Mənbic şəhərndən də qovulub, bir hisəsi isə məhv edilib. Şəhər Ankaranın dəstəklədiyi Suriya Milli Ordusunun nəzarətinə keçib. Hazırda Fərat çayının cənubunda yerləşən Kobani şəhərinin də terrorçulardan azad edilməsinə hazırılıq gedir.

Bununla yanaşı ABŞ hələ də adıçəkilən terror təşkilatlarını silahlandırmaqda davam edir. Son illərdə Pentaqon terrorçuları portativ “Stinger” hava hücumundan müdafiə sistemləri, “Bradley” piyada döyüş maşınları, tank əleyhinə raketlər və digər silahlarla təmin edib. Vaşinqtonun məqsədi Suriyanın şimalında terror dövləti qurmaq, bölgəni daim münaqişə içində saxlamaqdır. Ancaq Türkiyə bu oyunu da pozmaq qüdrətindədir.

“AzPolitika.info”

Seçilən
18
50
azpolitika.info

10Mənbələr