AZ

Əsədin atasının məzarını yandırdılar

Bir qrup silahlı şəxs Bəşər Əsədin atasının məzarını yandırıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, Suriya müxalifəti Qardaha şəhərində keçmiş prezident Bəşər Əsədin ailəsinin məzarını təhqir edib.

Qeyd edək ki, Hafiz Əsədlə birlikdə həyat yoldaşı Anisə və böyük oğlu Bazil də orada dəfn edilib.

Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.

Seçilən
0
8
publika.az

9Mənbələr