AZ

“Əlcəkləri Rzanın əlindən çıxarmaq çətin olmayacaq?” – Səmimi söhbət

2023-cü ilin iyulunda Rusiyada “Srvena Zvezda” ilə baş tutan yoldaşlıq görüşündə zədələnən Emil Balayevin ilyarımdan sonra meydana qayıtdı.

“Difai” ilə qarşılaşmada təcrübəli qapıçının işi çox olmasa da, komanda yoldaşlarına verdiyi göstərişlərlə kapitanlıq borcunu yerinə yetirməyə çalışırdı.

Balayev bu barədə Sportinfo.az-ın suallarını cavablandırıb.

- 6:0-ı ilyarımdan sonra yaşıl meydana dönüşünə gözəl hədiyyə saymaq olar?

- Kollektiv məşqlərə iyuldan başlasam da, 1 illik fasilədən sonra formamı bərpa etmək üçün mənə vaxt lazım idi. Şükürlər olsun Allaha, indi özümü daha yaxşı hiss edirəm. Məşqlərdə çox çalışmaqla komandamız üçün hazır olmağa çalışıram. Nə vaxt oynayacağına məşqçilər heyəti qərar verir.

- Rza Cəfərov də sənin kimi “Neftçi”nin yetirməsidir və gənc yaşlarından əsas heyətdə şans qazanmaqla diqqət çəkir. Əlcəkləri Rzanın əlindən çıxarmaq çətin olmayacaq ki?

- Hər birimiz peşəkarıq. Bu, o deməkdir ki, meydana çıxandan sonra yaş amili rol oynamır. Kim daha hazırlıqlıdırsa, o da şans qazanır. Ola bilsin, birinin təcrübəsi digərinkindən üstündür. Ancaq yenə də hazır olan şans qazanır. Əminəm ki, hər ikimiz baş məşqçi Samir Aasovun gözündə eyniyik. Kimə şans veriləcəkdə, o adam meydanda əlindən gələni edəcək.

- Danışığından hiss olunur ki, oynamaq üçün alışıb-yanırsan.

- İlyarımlıq fasilədən sonra bu istəyin olması normaldır. Ancaq bunu da düzgün istiqamətdə yönləndirmək lazımdır. İlyarım oynamamaq az müddət deyil. Yenə də məşqlərdə əlimdən gələni edirəm.

- Samir Abasovun gəlişindən sonra işıqlı gələcəyə inam artıb. Komandanın daxilində mümkün uğurların işartıları görünür?

- Samir Abasovun futbol fəlsəfəsi, öz dəsti-xətti var. Bu, məşqlərdə və oyunlarda hiss olunmağa başlayıb. Meydanda icraçılar biz futbolçularıq. Baş məşqçinin bizdən istədiklərini oyunlar zamanı yerinə yetirə bilsək, yaxşı nəticələrə imza ata bilərik. Bunu tam əminliklə deyirəm.-

HƏBİB

Seçilən
6
sportinfo.az

1Mənbələr