“Çernomorenerqo”nun məlumatına görə, İnquri SES-də baş vermiş qəzadan sonra bütün Abxaziya ərazisi qaranlığa qərq olub.
Məlum olub ki, İnquri su elektrik stansiyası su səviyyəsinin kəskin aşağı olması səbəbindən fəaliyyətini dayandırıb. Abxaziya hakimiyyəti gün ərzində yeni elektrik enerjisi tədarükü cədvəlini tətbiq edib: işıqlar təxminən 3 saat ərzində yandırılacaq. “Əvvəllər stansiya saatda 160 meqavata qədər enerji istehsal edirdi. Texniki dəyişikliklərlə əlaqədar hazırda maksimal güc saatda 90 meqavatdır”, – “Çernomorenerqo”da bildirilib.
Gecələr dəyişməz qalacaq: işıq 21:00-dan 07:00-a kimi yanacaq. Bununla belə, yerli sakinlərdən elektrik enerjisinə qənaət etmələri xahiş olunur.
//Samir Qurbanov, Editor.az