“Qadınların bir kişi, bir də qadın sevgilisi olmalıdır”.
Bu sözləri türkiyəli müğənni Ebru Polat deyib. Müğənni qadın-kişi münasibətlərinə dair qalmaqallı açıqlamalar verib:
“Məncə sevgi gözəl bir şeydir, lakin çox qısa müddət davam edir. Başqa insana olan ehtirasınızı itirirsiniz, çünki adi hala gələn hər şey özəlliyini itirir. Düşünürəm ki, indi qadınların bir kişi və bir qadın sevgilisi olmalıdır ki, ruhlarını hər mənada qidalandırsınlar… Biz qadın olaraq hər zaman kişilərin bizi başa düşməməsindən, bizə lazımi diqqət göstərilməməsindən şikayətlənirik”.
Müğənni kişilərin çox aqressiv olduğunu dilə gətirib:
“Kişilərdən aldığımız sevgi çox qeyri-adekvatdır, bizə çatmır. Qadınların çoxu sevgiyə acdır. Belədirsə, cüt yoldaşlı olmaq daha maraqlıdır. Qadının da sevgisi olmalıdır desəm, səhv başa düşülməsin. Kişilər indi hər şeyə o qədər qəzəblidirlər ki, qadınlar necə davranacaqlarını bilmirlər. Odur ki, onları anlayan, emosional dəstəkləyən, inkişaf etdirən, motivasiya edən qadın dostları olmalıdır”. / Yenisabah.az