AZ

Rus casusları The Insider yaradıcısının qətlini planlaşdırıblar

Böyük Britaniyada Rusiyaya casusluqda ittiham olunan Bolqarıstan vətəndaşları rusiyalı araşdırmaçı jurnalist Roman Dobroxotovu oğurlamağı planlaşdırıblar.

SİA xəbər verir ki, bu barədə BBC və The Telegraph İngiltərə məhkəməsinin iş materiallarına istinadən yazır.

Dinləmə zamanı məlum olub ki, işdə adı hallananlardan ikisi - qrupun lideri olduğu iddia edilən Yan Marsalek və Bolqarıstan vətəndaşı Orlin Rusev 2022-ci ilin avqustunda "Balıqçı qayığı" əməliyyatını müzakirə ediblər.

Bunun mahiyyəti jurnalistin o zaman yaşadığı Böyük Britaniyadan motorlu qayıqda Dobroxotovu qaçırıb çıxarmaq idi.

Əməliyyata dörd nəfərin, o cümlədən casusluq işində təqsirləndirilən daha iki Bolqarıstan vətəndaşı Bizer Djambasov və İvan Stoyanovun cəlb edilməsi planlaşdırılırdı. Onlar jurnalisti beynəlxalq sulara və ya “rusların döyüşdüyü” Suriyaya aparmaq niyyətində idilər.

Daha əvvəl, 2021-ci ildə Dobroxotov, xüsusən də Almaniya və İspaniyada izlənildi. Digər təqsirləndirilən Katrin İvanova da onunla təyyarədə uçub və bildiyi məlumatı qrup söhbətinə ötürüb, məhkəmədə məlum olub.

Əli Babayev

Seçilən
10
sia.az

1Mənbələr