Ölkədə hakimiyyəti ələ keçirən suriyalı yaraqlılar devrilmiş Bəşər Əsədin atası Hafiz Əsədin Latakiya əyalətinin şimal-qərbində Qardahadakı məzarını dağıdıblar.
Sosial şəbəkələrdə silahlı şəxslərin yanğın fonunda şüarlar səsləndirdiyi video yayımlanıb. AFP-nin videosunda məqbərənin bəzi hissələrinin yandığı və Hafizin məzarının yandırılaraq dağıdıldığı görünür.
Əsəd sülaləsinin doğma şəhərində yerləşən məqbərədə hakimiyyəti atasından miras almalı olan, lakin 1994-cü ildə avtomobil qəzasında dünyasını dəyişən Bəşər Əsədin böyük qardaşı Basil Əsəd də dəfn edilib.
Hafiz Əsəd ölkəyə 1971-ci ildən 2000-ci ilə qədər təxminən 30 il rəhbərlik edib. Sonra oğlu Bəşər Əsəd prezident olub və 25 ilə yaxın hakimiyyətdə qalıb.