AZ

Rusiya Əsədi niyə qoruya bilmədi?



Bu sualın cavabı Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar və Kremlin tamamilə Ukrayna münaqişəsinə fokuslanmasından qaynaqlanır. Rusiya bir neçə cəbhədə mübarizə aparmaqda çətinlik çəkir.
Ölkə Ukrayna müharibəsində irəliləyən tərəf olsa da, qazanılan cuzi nəaliyyətlər ağır itkilər hesabına reallaşır. Xüsusilə, canlı qüvvə itkiləri Kremlin ambisiyalarnı sərhədləyir. Burada söhbət təkcə ölüm hallarından yox, ümumilikdə müharibəyə yararsızlıq dərəcəsindən gedir.
Qərb mənbələri də müxtəlif əsaslandırmalarla hər ötən gün Moskvanın canlı qüvvə itkilərinin 1000 və bəzi hallarda daha artıq olduğunu qeyd edirlər. Bu bəlkə də şişirdilmiş və yaxud reallıqdan uzaq iddialar ola bilər. Lakin bilinən bir faktda var ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiyada beş yüz minə yaxın kişi dövlətdən əngəli olması səbəbindən müxtəlif sosial yardımlar alır. Bu olduqca böyük rəqəmdir.
Rusiya Qərbin sanksiyaları fonunda neft və qazdan əldə etdiyi gəlirlər hesabına ölkə iqtisadiyyatını stabil və qismən artan tempdə saxlamağı bacarsa da, döyüş meydanında itirdiyi hərbi texnikaları yeniləməkdə çətinlik çəkir. Bunun üçün də, Kreml tez-tez Şimali Koreya və İranın qapısını döymək məcburiyyətində qalır. Belə olduğu təqdirdə Moskvanın qüvvələrini bölərək Suriyada genişmiqyaslı hərbi kompaniya aparması mümkünsüz hala gəlir.
Ümumiyyətlə, Bəşər Əsəd heç vaxt Rusiyanın marağında olmayıb. Onlar üçün zəruri olan Suriyadan qazandıqları və Tartus limanı vasitəsilə Aralıq dənizi, Afrika xətti üzrə varlıq göstərmələri idi. İndi bu proses Kremlin əlehinə inkişaf edir və şimal qonşumuz qədim Suriya torpaqlarından çıxmaq məcburiyyətində qalır. Eyniylə İran kimi.
Rusiyanın Suriyadan, xüsusilə, Tartus limanından çəkilməsi ölkənin beynəlxalq güc olmaqdan çıxardaraq regional güc səviyyəsinə enməsi mənasına gəlir. Bu, Rusiya kontekstində bəlkə də ən ağır dövrlərdən biridir.
Bütün bunlar bir həqiqəti də aşkar edir ki, bu zamana qədər Rusiyanın gücü üzərində qurulan miflər sadəcə şirirdilmiş məvhum imiş.
Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri
Seçilən
19
newscenter.az

1Mənbələr