AZ

2030-cu ildə futbol üzrə dünya çempionatı üç qitədə keçiriləcək

Argentina, Paraqvay, Uruqvay, İspaniya, Portuqaliya və Mərakeş rəsmən 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr elan edilib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) konqresi zamanı məlum olub. Belə ki, Uruqvay 30-cu dünya çempionatına ev sahibliyi edəcək ilk ölkə olacaq.

Həmçinin, 1930-cu ildə Montevideoda keçirilən ilk Dünya Kubokunun yüz illiyinə həsr olunmuş mərasim keçiriləcək. Argentina və Paraqvay hərəyə bir oyun keçirəcək. Birinci oyun 1930-cu il dünya çempionatının vitse-çempionu, ikinci oyun isə Cənubi Amerika Futbol Konfederasiyasının qərargahının yerləşdiyi ölkədir. Qalan oyunlar İspaniya, Portuqaliya və Mərakeş arasında bölüşdürüləcək.

QAZİLER.AZ

Seçilən
32
qaziler.az

1Mənbələr