AZ

Psixoloqla bir fincan kofe...

Uşaqlar bizim gələcəyimizdir. Onların şəxsiyyət kimi formalaşması, ailəsinə və cəmiyyətə faydalı biri kimi inkişaf etməsi, məhz bizim onlarla qurduğumuz düzgün münasibətdən və tərbiyədən asılıdır.
 
Bəzən ailədə və ya cəmiyyətdə davranış pozuntusu, kaprizləri olan uşaqlara da rast gəlinir. Biz böyüklər onların bu davranışlarının yaranma səbəblərini bilməli, onlarla düzgün davranış üslubu seçməli və onlara mənfi təsir göstərəcək davranışlardan qaçınmalıyıq. Belə bir həssas mövzuda çox zaman təcrübəli bir psixoloq məsləhətinə ehtiyac duyulur.
 
Bakının məkrəzində yenicə istifadəyə verilmiş Bala Bol Əyləncə Mərkəzi uşaqlı valideynlər üçün belə bir ürsət yaradıb. Bala Bolun xoş atmosferində bir fincan isti qəhvədən zövq almağa, sizi maraqlandıran sualların cavabını tapmaq üçün təcrübəli psixoloq, EMDR terapevt Yeganə Özçelebi-İsmayılova ilə söhbətə dəvət edirik!
 
Tarix: 14 dekabr 2024
Saat:  11:00
Hər kəs dəvətlidir!
 
Görüşü aparır: Təcrübəli psixoloq, EMDR terapevt Yeganə Özçelebi-İsmayılova
Söhbətin mövzusu: Uşaq kaprizləri. Necə idarə etməli?
 
Məkan: Bala Bol kafe, Bakı şəhəri, Azərbaycan prospekti 35
Yerlər məhduddur.
Yazılmaq üçün: Bizə zəng edin və ya şəxsiyə yazın.
Telefon/WhatsApp: +994777172777
Qiymət: 15 AZN
phrase_var_article.chosen
34
moderator.az

1phrase_var_article.sources