AZ

Beyonsedən əri Jay-Z-nin 13 yaşlı qızı zorlama ittihamına reaksiya

Beyonsedən əri Jay-Z-nin 13 yaşlı qızı zorlama ittihamına reaksiya13 yaşlı qızı zorlaması barədə ittihamlardan sonra Jay-Z heç nə olmamış kimi davranır və müxtəlif tədbirlərə qatılır. Qeyd edək ki, prodüserin həyat yoldaşı Beyonsenin də onu tək qoymadığı diqqətdən yayınmayıb. Belə ki, ulduz ailə qızları Blyu Ayvi ilə birlikdə "Mufasa: The Lion King" filminin premyerasında iştirak edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, tədbirdə onları Beyonsenin anası Tina Noulz müşayiət edib.

O da məlumdur ki, reperin vəkili artıq məhkəmədə qarşılıqlı iddia qaldırıb. Jay-Z onu ittiham edən şəxsin öz adını açıqlamasını, həmçinin, onun şərəf və ləyaqətini ləkələməyi dayandırmasını tələb edib.

Xatırladaq ki, Jay-Z kimi tanınan reper Şon Karter 2000-ci ildə "MTV Video Music Awards" mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə 13 yaşlı qızı zorlamaqda ittiham edilir. Zərərçəkənin adı açıqlanmasa da, işin bəzi təfərrüatı məlum olub. Məlumata görə, həmin vaxt 13 yaşında olan qız mükafatlandırma gecəsinə getmək istəyib, lakin bileti olmayıb. Sürücülərdən biri ona baxaraq "Diddinin (Şon Kombs) axtardığına uyğun olduğunu" qeyd edib. Gecəyə daxil olan qız məxfilik sənədlərini imzalayıb. İddiaçının sözlərinə görə, Karter onu zorlayıb, Diddi və adı açıqlanmayan məşhur qadın isə prosesi izləyiblər. O, həmçinin, Diddi tərəfindən seksə məcbur edildiyini, lakin onun boynuna vurduğunu və "Kombsun dayandığını" iddia edib.

Seçilən
5
2
sonxeber.az

7Mənbələr